İtaliya Futbol Federasiyası "Napoli"nin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi təhqirlərə görə intizam işi açıb.
Seneqallı müdafiəçi Neapol təmsilçisinin səfərdə "Fiorentina"nı 2:1 məğlub etdiyi A seriyasının 7-ci tur matçından sonra irqçiliyə məruz qalıb. "Fiorentina" fanatları 30 yaşlı oyunçu ilə yanaşı, onun komanda yoldaşları Andre Zambo-Anqissa ilə Viktor Osimheni də təhqir ediblər. Kulibali azarkeşlərlə münaqişəyə girməyə çalışsa da, "Napoli" rəsmiləri onun tribunalara yaxınlaşmasının qarşısını ala biliblər.
Futbolçu şəxsi “tvitter” səhifəsində onu söyən fanatların tapılmasını və stadiona girişə qadağa qoyulmasını tələb edib.