UEFA İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən "Marsel" - "Qalatasaray" matçında (0:0) baş verən hadisə ilə bağlı intizam işi açıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda qrumun rəsmi saytı xəbər paylaşıb. Məlumatda məsələyə oktyabrın 18-də baxılacağı, son qərarın isə oktyabrın 22-də açıqlanacağı qeyd olunub.
Qeyd edək ki, Fransada baş tutan oyun azarkeşlər arasındakı qalmaqala səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada erməni bayrağı açması səbəb olub. Hər iki tərəfdən azarkeşlər müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.