Deyəsən, Dele Alli yeni eşqə düşüb. O, məşhur məşqçinin qızı ilə görüşür.
“Tottenhem”in yarımmüdafiəçisi artıq bir müddətdi “Mançester Siti”ni çalışdıran Xosep Qvardiolanın övladı ilə eşq macərasına başlayıb. Onu 20 yaşlı qızla birgə Londonun mərkəzində yerləşən “Starbucks” kafesini tərk edərkən görüblər. Futbolçu ilə qız onları gözləyən avtomobilə əyləşərək həmin məkandan ayrılıblar.
25 yaşlı Dele ilə Qvardiolanın qızı haqda xəbərlər ilk dəfə mayda ortaya çıxmışdı. Onlar Londondakı barlardan birinin damında öpüşərkən yaxalanmışdılar. Allinin fevralda model Rubi Mey ilə 5 illik münasibətlərinə son qoyduğunu da xatırladaq.