“Antalyaspor” yeni baş məşqçisini müəyyənləşdirib.
"Football-plus.az" saytının məlumatına görə, Türkiyə klubunun rəhbərliyi bu posta Nuri Şahini gətirmək qərarına gəlib.
Ərsun Yanalın Antalya klubundan istefa verməsinin ardıından baş məşqçi axtarışına başlayan rəhbərlik komandanın futbolçusu Nuri Şahinlə razılığa gəlib. Futbolçu ötən ilin yayından komandanın formasını geyinir. TFF qısa zaman ərzində Şahinin sənədlərini həll edib, rəsmən açıqlayacağını bildirib.
Qeyd edək ki, hazırda "Liverpul"un baş məşqçisi olan Yurgen Klopp 2001-ci ildə futbolçu kimi formasını geyindiyi "Maynts-05"in çalışdırıcısı olub və komandanı ilk dəfə bundesliqaya çıxarıb. Nə bilmək olar, bəlkə Nuri Şahin də Kloppun yolu ilə gedəcək?