AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Masallı rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
"Football-plus.az" saytının məlumatına görə, məşqçilər tədbirdə iştirak edən “Qala 95”ın üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər. İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.
Qeyd edək ki, Ayxan Əzizov 2-ci Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunan gizir, tank komandiri Elvin Əzizovun övladıdı.