Premyer-liqanın 6-cı turunda "Keşlə" "Sabah"ı 2:0 hesabı ilə məğlub etdi.
Qarşılaşmadan sonra "tələbələr"in baş məşqçisi Ramin Quliyev baş hakim Rəşad Əhmədovu qərəzli idarəçiliklə suçladı. Onun fikrincə, Aleksey İsayevin sol cinahdan ötürməsindən sonra top cərimə meydançasında Rafael Məhərrəmlinin əlinə dəyərkən hakim penalti təyin etməliydi. Əhmədov isə, bilindiyi kimi, davam işarəsi verib.
AFFA Hakimlər Komitəsinin qərarı ilə referilər şübhəli epizodlarla bağlı "CBC Sport"a müsahibə verməlidilər. "Keşlə" - "Sabah" qarşılaşmasının hakimi Rəşad Əhmədov bəhs olunan məsələ haqda telekanala danışıb. "Bizim futbol" verilişində tamaşaçılara təqdim olunan fikirləri diqqətinizə çatdırırıq: