“Yuventus” oyunçusu ilə yeni müvaqilə bağlayır.
“Football-plus.az” saytının məlumatına görə, bu haqda tanınmış jurnalist Fabritsio Romano xəbər paylaşıb.
Turin təmsilçisi futbolçusu Paulo Dibala ilə razılığa gəlib. Tərəflər danışıqların son mərhələsindədi.
“Yuventus”un argentinalı hücumçu ilə yeni sazişinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Dibala 2015-dən “qoca sinyora”nın şərəfini qoruyur.