
Ölkə futbolu / Premyer-liqa
205
5.10.2021, 12:24
"Keşlə"nin zədəlilərindən xəbər var - AÇIQLAMA
Premyer-liqanın 6-cı turunda “Keşlə” “Sabah”ı məğlub etsə də, bu qələbə “qırmızı-ağlar”a baha başa gəldi.
Matçın 33-cü dəqiqəsində Elçin Mustafayev, 43-də İlkin Qırtımov, ikinci hissənin başlanğıcında, daha dəqiq desək, 55-ci dəqiqədə isə Merab Qiqauri zədə səbəbindən meydanı erkən tərk etdi.
Zədəlilərin durumu ilə bağlı “Football-plus.az”a açıqlama verən “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov bunları söylədi: “Merab Qiqauri və İlkin Qırtımovun zədəsi o qədər də ciddi deyil. Böyük ehtimalla hər iki futbolçu növbəti turda meydana çıxa biləcəklər. Elçin Mustafayevin durumu isə ürəkaçan deyil. Onun çiyni sınıb. Futbolçu cərrah bıçağı altına uzanmalı olacaq”.
RƏŞAD