AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini Masallı rayonuna edib.
"Football-plus.az" saytının məlumatına görə, futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb. Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib.
Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar. Tədbirin sonunda simvolik oyun keçirilib.