Sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) Norveçdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, onun rəqibi Belaruslu idmançı Omarhacı Məhəmmədov olub. Görüş güləşçimizin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Bundan əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medal sahibi olub.