Dünən İngiltərədə U-12 liqasının oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, "Liverpul" "Mançester Yunayted"ə 5:4 hesabıyla qalib gəlib. "Qırmızı şeytanlar"ın bütün qollarının müəllifi 11 yaşlı Kai Runidi. O, məşhur futbolçu Ueyn Runinin oğludu.
Qeyd edək ki, Kai "Yunayted" ilə ilk müqaviləsini 2020-ci ilin dekabrında imzalayıb.