"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, Kabo-Verde Liberiya ilə oktyabrın 7-si və 12-si iki oyun keçirəcək.