"Yüksək liqada keyfiyyətə ehtiyacımız var. Döyüşmədən, qaçmadan bu liqada nəsə qazanmaq çətindi. Bütün komandalar müdafiə olunmağı, hücum etməyi bilir. Üç xal qazanmaq üçün həqiqətən çox səy göstərməlisiniz".
"Football-plus.az" saytının məlumatına görə, bunu "Legiya"nın hücumçusu Mahir Emreli Polşa çempionatının son turunda "Lexiya" ilə matçdan sonra yerli mətbuata müsahibəsində deyib.
- "Lexiya" ilə matç haqda nə deyə bilərsən?
- Düşünürəm ki, burada ən vacib şey sona qədər çalışmaq və mübarizə aparmaq olacaq. Bəzən döyüşkən ruhunuz olmadıqda hətta keyfiyyət də köməkçi olmur. Bu oyun haqda çox danışmaq istəmirəm. Oturub analiz etməli və işləməyə davam etməliyik. Səhvlərimizi təhlil etməliyik. Başqa heç nə deyə bilmərəm.
- Kuboklarda və liqada fərqli performans göstərməyininzi necə izah edəbilərsən?
- Doğrudan da, matç zamanı belə bu barədə düşünürdüm. Cümə axşamı, mövsümün əvvəlindən bəri ən yaxşı oyunlarımızdan birini göstərdik, amma bu gün zəif idik. Hazırda oyunu təkrar izləmədiyim üçün heç nə deyə bilmərəm. Meydanda idim, oradan baxanda tamamilə fərqli görünür. Mənə elə gəlir ki, oyundan sonra oturmalıyıq, hər iki oyunu təhlil etməliyik. Mən məyus oldum. Uduzduq, liqada yaxşı vəziyyətdə deyilik, amma bilmirəm. Bunun səbəblərini həqiqətən də bilmirəm.
- Yüksək liqada az oynamağın üç gündən bir oynamağa fiziki cəhətdən hazır olmamağından irəli gəlir?
- Bu haqda məşqçidən soruşulmalıdır. Məşqçi məndən hansı formada olduğumu, necə olduğumu soruşdu. "Lester"lə oyunda hamı çox çalışdı. Mən də əlimdən gələni etdim və hələ də sümüklərimdə ağrı hiss edirəm. Amma yenə də bu məşqçinin qərarıdı. Bəzən məni ilk 11 -ə oynadacaq, bəzən ehtiyatda saxlayacaq.
- Bombardir titulunu qazanmaq Azərbaycan liqasından daha çətin olacaq?
- Əlbəttə ki. Daha əvvəl dediyim kimi, liqanın səviyyəsi yüksəkdi və hər matç burada bir əngəldi. Amma ilk növbədə demək istəyirəm ki, burada fərdi titullar haqda düşünmürəm. Komandamın turnir cədvəlində birinci olmasını düşünürəm. Bombardi titulunu qazana bilsəm, çox əyləncəli olar. Amma Polşa çempionluğunu qazanmaq mənim üçün daha vacibdi. Əgər çempion olmasaq, bombardi olmağın heç bir mənası yoxdu.