FİFA referisi Rauf Cabarov təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət millilər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.