“Keşlə” cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb.
"Football-plus.az" saytının məlumatına görə, 6-cı turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan premyer-liqasında 30-cu quru oyununu keçirib.
103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.
Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdı. Stanislav bu siyahıda 9-cu legionerdi.