Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsi keçirilib.
"Football-plus az" saytının məlumatına görə, 8-ci turda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu hissədə Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub və duel Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
Qeyd edək ki, Rəcəbov 2-ci pilləyə yüksəlib. Məmmədyarov isə sonuncu pillədə qalıb.