U-21-in hazırlıqları davam edir.
"Football-plus.az" saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
“Keşlə”nin üzvü Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb, onun əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.