
Dünya futbolu
257
3.10.2021, 23:46
Renat Dadaşovun komandası Portuqaliyada növbəti qələbəsini qazandı - VİDEO
Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun formasını geyindiyi "Tondela" səfərdə "Belenenses"lə üz-üzə gəlib.
Millimizin üzvü mübarizəyə ilk "11-lik"də başlayıb və 76 dəqiqə meydanda olub. Renatın komandası isə rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hazırda "Tondela" 8 turdan sonra 9 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.