İngiltərə premyer-liqasında bu mövsüm ilk məşqçi istefası baş verib.
"Football-plus.az" saytının məlumatına görə, “Uotford” baş məşqçi Fransisko Munyos ilə yolları ayırıb. Buna komandanın uğursuz nəticələri səbəb olub. Şənbə günü “Lids”ə məğlubiyyət (0:1) ispaniyalı mütəxəssisin istefasını qaçılmaz edib. Munyos “Uotford”u 2020-ci ilin dekabrından çalışdırırdı. Komanda onun rəhbərliyi altında bir ildən sonra premyer-liqaya qayıtmışdı. Başqa sözlə, 41 yaşlı çalışdırıcının baş məşqçi postunda təxminən 10 ay işləmək imkanı olub.
Bu gün yayılan xəbərlərə görə, Munyosun yerinə əsas namizəd Klaudio Ranyeridi. Sonuncu iş yeri bu yay ayrıldığı “Sampdoriya” olan 69 yaşlı
italyan mütəxəssis əvvəllər İngiltərədə “Çelsi” (2000-04), “Lester” (2015-17) və “Fulhem”i (2018-19) çalışdırıb.