Stiven Nzonzi bundan sonra Qətərdə çıxış edəcək.
"Football-plus.az" saytının məlumatına görə, “Roma”dan ayrılan 32 yaşlı futbolçu bu ölkənin “Əl-Rayyan” klubuna keçib. Nzonzi “Roma”da 2018-ci ildən çıxış edirdi. Komandada möhkəmlənə bilməyən Fransa yığmasının sabiq yarımmüdafiəçisi 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarə əsasında oynamışdı. Ondan fərqli, Lorentso Pelleqrini baş məşqçi Joze Mourinyoya lazım olub. Komandanın kapitanı ilə müqavilənin müddəti 2026-cı il iyunun 30-dək artırılıb. 25 yaşlı yarımmüdafiəçi yeni sözləşməyə əsasən ilə əvvəlki kimi 2,5 milyon deyil, 4 milyon avro maaş alacaq.
Qeyd edək ki, “Roma”nın yetirməsi olan Pelleqrini indiyədək “canavarlar”ın heyətində bütün turnirlərdəmeydana çıxdığı 161 matçda 25 qol vurub.