Dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviç oktyabrın 7-də İndian-Uellsdə start götürəcək “Masters” seriyalı turnirə qatılmayacaq.
"Football-plus.az" saytının məlumatına görə, serbiyalı ulduz finalda rusiyalı Danil Medvedevə uduzduğu ABŞ Açıq Tennis Çempionatının ardından hələ də bərpa olunur. İndian-Uells turniri, adətən, martda keçirilir, sadəcə, bu dəfə koronavirus pandemiyası üzündən oktyabra təxirə salınıb. Bu mövsüm “Böyük dəbilqə” seriyalı 4 turnirdən üçünü (Avstraliya Açıq Çempionatı, Fransa Açıq Çempionatı, “Uimbldon”) qazanan Cokoviç mübarizədən çəkilmək qərarını belə izah edib: