
Avro kuboklar
272
2.10.2021, 22:54
“Skysport” və BBC Mahir Emrelini ən yaxşı seçdi
Avropa Liqasının C qrupunda “Legiya” “Lester”i 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın yeganə qolunu milli üzvü Mahir Emreli vurub. İngiltərənin iki məşhur portalı qarşılaşmadan sonra oyunçuları qiymətləndirib.
“Skysport”un rəsmi saytı bu matçda iştirak edən bir çox futbolçunun çıxışını 7,0 balla dəyərləndirib. Lakin ingiltərəli həmkarlarımız Mahir Emrelini xüsusi fərqləndirərək, “Man of the match”, yəni qarşılaşmanın ən yaxşı futbolçusu seçib.
BBC-nin rəsmi saytı da “Legiya” - “Lester” oyununda çıxış edən futbolçuları fərdi çıxışına görə qiymətləndirib. Varşava təmsilçisinin heyətində ən yaxşı göstərici Mahirə aiddi. Şamun Hafez adlı jurnalist milli üzvünün oyununu 7,33 balla dəyərləndirib.
İLKİN SULTANLI