Konfrans Liqasının qrup mərhələsinin ikinci oyununda “Qarabağ” səfərdə “Omoniya”nı üstələdi - 4:1.

Matçda ədalətin keşiyində şotlandiyalı hakimlər briqadası dururdu. Onlar vəzifələrini necə yerinə yetirdilər? Bunu öyrənmək üçün Tahir Süleymanovla danışdıq:

“Kiprdə ənənəvi olaraq hakim idarəçiliyi həmişə ağır alınır. Yerli komandalar oyunlarda aqressiv davranırlar. Fanatlar rəqiblərlə yanaşı, hakimləri də daim psixoloji təzyiq altında saxlayır. Ağdamlıların qrup matçlarında hakimlərlə bağlı hələ ki problemləri yaşanmır. İnanaq ki, sona kimi belə davam edəcək. Nə qədər olmasa da, UEFA İsveçrədə məskunlaşır və "Bazel" də qonşularıdı. Şotlandiyalı hakimlər Britaniya futboluna xas olaraq futbolçulara sona kimi mübarizə aparmağa şərait yaradırdılar. Səfər qarşılaşması olsa da, referinin belə idarəçilik tərzi "Qarabağ"a uyğun gəlirdi. Çünki Qurban Qurbanovun yetirmələri ilk dəqiqələrdən önə atılaraq "Omoniya"nı müdafiə olunmağa məcbur edir, oyunun tempini yüksək saxlayırdı. Hər yersiz fit matçın tempinin aşağı düşməsinə səbəb olardı, yerli komandaya daha sərf edərdi. Ozobiçin cərimə meydançasında yıxıldığı epizoda referi reaksiya vermədi. Başqa ölkədən hakim olsaydı, bəlkə də 11 metrlik nöqtəni göstərərdi. Ada ölkəsinin nümayəndələri belə vəziyyətlərə mübarizə, adi hal kimi baxırlar. Gözlənilmədən kiprlilər önə keçəndən sonra referinin işi daha da çoxaldı. "Qarabağ" matçda dönüş yaratmaq üçün oyunun sürətini, hücumların kəsərini daha da artırdı. Baş hakimin bu anlarda hazırlığı, dözümlülüyü, iradəsi, obyektivliyi təqdirəlayiq hal idi. Meydanın mərkəzində bəzi xırda follarla fanatların könlünü alan referi kritik anlarda təzyiqlərə məhəl qoymadan qətiyyətli qərarları ilə seçilirdi. Oyunun ruhunu korlamadan Anradeni ardıcıl kobudluğa görə ikinci yarıda cəzalandırmadı. Futbolçular belə vəziyyətlərdə son dərəcə diqqətli olmalıdılar. Çətin anda komandanı azlıqda qoya, bu səbəbdən qızıldan qiymətli xallar itirilə bilər. Ramil Şeydayevin qol epizodunda köməkçi hakimin düzgün qərarı alqışalayiqdi. Kənardan asan görünə bilər. Amma belə vəziyyətlərdə zərbə vurularkən referilər qapı önünə çıxan hücumçuları "itirirlər" və beyin dolaşığında səhv qərar verə bilirlər. Nəzərə alaq ki, Konfrans Liqasında VAR sistemi tətbiq edilmir və bütün yük hakimlər briqadasının üzərinə düşür. Ramilin mübarizədə müdafiəçini əllə oynamağa məcbur etdiyi epizod da yüz faiz penalti idi və referinin qərarı tam haqlıdı. Matçın sonlarında "Omoniya"nın "Qarabağ" qarşısında dözə bilmədiyi aşkar sezilirdi. Ədalət təmsilçisi də bunu görürdü, obyektivliyə söykənən qərarları ilə görüşü problemsiz başa vurdu. Təsadüfi deyil ki, "Omoniya"nın baş məşqçisi öz futbolçularını təsəlli, rəqib oyunçuları təbrik etməklə yanaşı, hakimlər briqadasına da meydanın mərkəzində təşəkkürünü bildirdi”.


SƏNƏM FƏRHADOVA

Son xəbərlər

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Bütün xəbərlər