"Sumqayıt"ın futbolçusu Elvin Bədəlov əməliyyat olunub.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı müdafiəçinin əməliyyatının uğurlu keçdiyi bildirilib.
Oyunçu diz bağlarında qopma müəyyənləşdiyi üçün 6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Elvin Bədəlov premyer-liqanın 5-ci turunda "Qəbələ" ilə matçda (0:0) zədələnib.