İtaliya çempionatında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Bu nominasiya üzrə səsvermənin nəticəsi gözlənildiyi kimi olub.
A seriyasının saytının yaydığı xəbərə görə, “Napoli”ni çalışdıran Luçano Spalletti ötən ayın ən yaxşısı seçilib.
Xatırladaq ki, 62 yaşlı mütəxəssisin komandası sentyabrda ölkə çempinatında keçirdiyi 4 matçın hamısında qalib gəlmişdi: neapollular “Yuventus” (2:1), “Udineze” (4:0), “Sampdoriya” (4:0) və “Kalyari”ni (2:0) məğlub etmişdilər. “Napoli” hazırda 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.