Moldova çempionatında 13-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” növbəti matçına çıxıb.
Azərbaycanlı futbolçunun komandası səfərdə “Petrokub”a məğlub olub – 1:6.
Qeyd edək ki, Orxan start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.