"Səbail"də forma geyinən Camal Araqo vətəndaşlığını dəyişmək istəyir.
"Football-plus.az" saytının məlumatına görə, Liberiyadan olan müdafiəçi bu ölkənin millisində top qovmaq istəyir.
Bu ölkənin Futbol Assosiasiyası hələ ki 28 yaşlı futbolçuya təklif göndərməyib.
Qeyd edək ki, Araqonun ailəsi ölkədəki vətəndaş müharibəsi zamanı Qanaya köçüb. O, Qananın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib.