"Milli hər futbolçu üçün önəmlidi" - Rəşad Sadıqov
Komandama təşəkkür etmək istəyirəm. Əzmkarlıq göstərdilər, çox böyük istəklə meydana çıxmışdılar. Vacib 3 xal qazandıq, oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidi. Ciddi hazırlaşmışdıq, sonda cavib xallar qazandıq".
"Football-plus.az" saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Çalışdırıcı milliyə futbolçularının çağırılmamasına da fikir bildirib:
"Çox futbolçumuz milliyə namizəddi. Məşqçinin qərarıdı. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidi. Yalnız heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, fayda versinlər".
Sadıqov bildirib ki, heyətin erkən açıqlanması komandaya psixoloji təsir edə bilməz:
"Sadəcə, artıq həm futbolçuları oyuna motivasiya etməlisən, həm də milliyə çağırılmadıqları üçün onları ruhlandırmalısan. Diniyev kimi oyunçular qorunmalıdır ki, daha çox inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdi. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Coşqunun oyununu çox bəyənmirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var. Bəlkə də milliyə çağırılmaması onun üçün daha motivasiya olacaq. Milliyə uğurlar arzu edirəm".
Baş məşqçi milli komandanın oyunları ilə bağlı yaranacaq fasilədən danışıb:
"Yaxşı gedən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq".