“Bruklin”in oyun qurucusu Kayri İrvinq basketbolçu oyundaşları arasında koronavirusa qarşı peyvəndin zərəri haqda nəzəriyyəni yayır.
İdmançı özü də peyvənddən boyun qaçırır.
İrvinq MBA-da çıxış edənlərin peyvənd olunmasının zəruriliyi ilə bağlı şübhələr içindədi. Bu problem bəzi komandaların çatında müzakirəyə çıxarılıb. MBA-da çıxış edən basketbolçulardan 50-60-ı hələ də peyvənd olunmayıb.
İş ondadı ki, Nyu-York və San-Fransiskonun hakimiyyət orqanlarının qoyduğu qadağalar üzündən İrvinq və “Qolden Steyt”in hücumçusu Endryu Uiqqins komandalarının bütün ev oyunlarını buraxa bilər. Qeyd edək ki, İrvinq bir müddət əvvəldən başlayaraq sosial şəbəkələrdə peyvəndin hansısa sövdələşmə olduğuna dair nəzəriyyənin daimi izləyicisinə çevrilib. Onun fikrincə, gizli cəmiyyətlər vaksini ona görə dövriyyəyə buraxıblar ki, qaradərilililəri “çipləşdirməklə” şeytan planınını həyata keçirmək üçün “əsas kompüterdən” asılı hala salsınlar.
Yuxarıda adını çəkdiyimiz Uiqqins də MBA rəhbərliyinə maraqlı təkliflə üz tutub. O, dini inanclarını əsas gətirərək, peyvənd olunmaqdan imtina etsə də, MBA bu variantı yaxın buraxmayıb və basketbolçunun şəhərin qayda-qanunlarına arxa çevirəcəyi halda, parket üzərinə çıxa bilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, MBA-da yeni mövsüm oktyabrda start götürəcək.