DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyunlarını keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız oktyabrın 9-da Bakıda İrlandiya, 12-də isə Belqradda Serbiya ilə qarşılaşacaq.
Azərbaycan millisinin bu qarşılaşmalar üçün heyətini diqqətinizə çatdırırıq:
Qapıçılar - Aydın Bayramov ( Sumqayıt ), Emil Balayev, Şahrudin Məhəmmədəliyev ( hər ikisi "Qarabağ");
müdafiəçilər - Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı "Qarabağ), Azər Salahlı ( Keşlə), Mert Çəlik ( Neftçi ), Höccət Haqqverdi, Tellur Mütəllimov ( hər ikisi "Sumqayıt"), Bəxtiyar Həsənalızadə ( Sabah) , Anton Krivotsyuk (Visla Plock, Polşa);
yarımmüdafiəçilər - Toral Bayramov, Qara Qarayev, Filip Ozobiç ( hamısı "Qarabağ"), Rövlan Muradov ( Qəbələ), Vüqar Mustafayev, Rəhim Sadıxov, Murad Xaçayev ( hamısı Sumqayıt ) Emin Mahmudov ( Neftçi ), Anatoli Nuriyev (Kolos Kovalivka, Ukrayna);
hücumçular - Namik Ələskərov ( Bursaspor, Türkiyə), Renat Dadaşov (Tondela, Portuqaliya), Ramil Şeydayev ( Qarabağ ), Mahir Emreli (Legia, Polşa), Araz Abdullayev (Etnikos, Cənubi Kipr).