Konfrans Liqasının H qrupununda keçiriləcək “Qarabağ” - “Kayrat” matçının məkanı bəlli olub.
“Football-plus.az” saytının məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu informasiya UEFA-nın rəsmi saytında yer alıb.
Maraq üçün bildirək ki, “köhlən atlar”ın “Omoniya” ilə ev oyununun yeri kimi də Tofiq Bəhramov adına Respublika stadionu göstərilib.
Qeyd edək ki, qarşılaşma oktyabrın 21-də, saat 20.45-də start götürəcək.
İLKİN SULTANLI