Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları yekunlaşıb.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ"ın kapitanı Maksim Medvedev ən çox top qazanan futbolçular siyahısında 3-cü yerdə qərarlaşıb.
"Köhlən atlar"ın müdafiəçisi 2 oyunda bunu 20 dəfə etməyi bacarıb.
Qeyd edək ki, birinci yerdə "Yablonets"dan Yaroslav Zeleni (24), ikinci sırada "Makkabi"dən Luis Ernandes (22) yer almaqla Maksimi qabaqlayıb.