Çempionlar Liqasında bu həftənin ən baxımlı qolu müəyyənləşib.
Əvvəlcə bu nominasiya üzrə namizədlər açıqlanıb.
Qrup mərhələsinin 2-ci turunun oyunlarında estetik cəhətdən seçilmiş qol epizodlarının sayı 4-ə bərabər olub. Həftənin ən baxımlı qolu qurumun saytında keçirilən səsvermədə azarkeşlərin ümumi rəyi əsasında müəyyənləşib. UEFA-nın saytının yaydığı məlumata görə, bu nominasiyada PSJ-nin hücumçusu Lionel Messinin “Mançester Siti”yə (2:0) vurduğu qol qalib gəlib. Argentinalı hücumçu 74-cü dəqiqədə Kilian Mbappenin ötürməsi ilə cərimə meydançasının xətti üzərindən qapıya yol tapmışdı.
“Ən baxımlı qol” nominasiyasına namizədlər sırasına “Mançester Yunayted”in müdafiəçisi Aleks Tellesin “Vilyarreal”a (2:1), “Şerif”in yarımmüdafiəçisi Sebastyan Tillin “Real”a (2:1) və “Atletiko”nun forvardı Antuan Qrizmannın “Milan”a (2:1) vurduğu qollar da seçilmişdi.