Azərbaycan Voleybol Federasiyası kişi və qadınlardan ibarət yığmaların üzvlərinin 2021/22 mövsümündə çıxış edəcəkləri klubların adını açıqlayıb.
“Football-plus.az” saytının məlumatına görə, siyahıda 7 voleybolçunun adı var:
Alyona Xarçenko - "Bolu Bələdiyyəspor" (Türkiyə)
Yana Kulan - “Toray Arrows” (Yaponiya)
Kristina Besman - “Tulitsa” (Rusiya)
Odina Əliyeva - “Bauru” (Braziliya)
Ayşən Abduləzimova - “Vaşaş” (Macarıstan)
Anastasiya Qurbanova - “Jetisu” (Qazaxıstan)
Dmitri Baranov - “Budva” (Monteneqro)