Pandemiya ilə əlaqədar cari mövsümdən azarkeşlərin stadiona buraxılmasına limit tətbiq olunub.
Çempionatın təşkilinə cavabdehlik daşıyan PFL ictimaiyyətə rəsmi rəqəm açıqlamasa da, qeyri-rəsmi bunun 30 faiz olduğu bildirilir. Məhz bu səbəbdən “Zirə” və “Sumqayıt”ın ev oyunlarında azarkeşlər çöldə qalırlar.
Oktyabrın 1-dən, yəni sabahdan ölkə ərazisində bu günə qədər fəaliyyəti yasaqlanan bir çox sosial obyektlər açılacaq. İlyarıma yaxın bağlı qalan teatrlar, kinozallar qapılarını tamaşaçıların üzünə açacaqlar. Bir sözlə, karantin rejimi hiss olunacaq dərəcədə yumşalacaq. Bəs görəsən, bu yumşalma stadionlarda da hiss olunacaq? PFL-in tətbiq etdiyi limit aradan qalxacaq?
Bu suallara cavab tapmaq üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. PFL rəsmisi “Football-plus.az” saytına bunları dedi:
RƏŞAD