“Çelsi” bir müddət Nqolo Kantenin xidmətindən yararlana bilməyəcək.
Fransalı yarımmüdafiəçinin səhhəti ilə bağlı problem ortaya çıxıb.
Ondan götürülən COVID-19 testi müsbət nəticə verib. Çempionlar Liqasının qrup mərhələsinin “Yuventus”la dünən keçirilən oyununu buraxan Kante İngiltərə premyer-liqasının “Sauthempton”la növbəti oyununda da görünməyəcək.
Xatırladaq ki, bəstəboy futbolçu yaşıl meydana ölkə çempionatının 5-ci turunun “Tottenhem”lə sentyabrın 19-da keçirilən matçında (3:0) qayıtmışdı.