Nikosiyanı təmsil edən klubun əsası 1948-ci ildə qoyulub.

Ev oyunlarını 28856 azarkeş tutumuna malik “GSP” stadionunda keçirir. Klubun prezidenti Stelios Milonas, baş məşqçisi isə norveçli Henninq Berqdi. “Omoniya” Cənubi Kiprin ən titullu klublarındandı. “Yaşıllar” 5 dəfə “qızıl dubl”a imza atıblar. 4 il ardıcıl isə ölkə kubokunu klub muzeyinə aparıblar. “Omoniya”nın daxili çempionatda əsas rəqibi Nikosiyanın digər təmsilçisi APOEL sayılır. Bu komandalar arasında baş tutan görüşlər Cənubi Kiprdə “əbədi düşmənlərin derbisi” kimi kimi qəbul olunur.

“Yaşıllar”ı adada həm də kommunistlərin komandası kimi tanıyırlar. Klub yaranan ildə təsisçilər iki cəbhəyə bölünüb. Barrikadanın bir tərəfində kommunistlər, qarşı tərəfdə isə burjuaziyanın nümayəndələri olub. Sonda tərəflər arasında razılıq əldə olunmadığından “Omoniya” kommunistlərin əlində qalıb, əks düşərgəni təmsil edənlər isə APOEL-i yaradıblar.

2017-ci ildən Rusiyanın “Fonbet” şirkəti Cənubi Kipr təmsilçisinin əsas sponsorudu. “Yaşıllar”ın heyətində 17 legioner yer alıb ki, bu da kollektivin 54,8 faizini təşkil edir. Komandada orta yaş həddi 26,9-du. “Omoniya”nın futbolçularının ümumi transfer dəyəri isə 16,28 milyon avro təşkil edir. “Qarabağ”ın rəqibinin heyətində ən bahalı futbolçu hazırda zədəli olan İoannis Kusulosdu. Dayaq yarımmüdafiəçinin transfer bazarında dəyəri 1 milyon 200 min avro qiymətləndirilir. İkinci pillədə isə macar Adam Lanqdı. Mərkəz müdafiəçisinin transfer qiyməti 1 milyon avrodu. “Yaşıllar” mövsümlərarası fasilədə heyəti gücləndirmək üçün Zaqreb “Dinamo”sundan İyayi Atiemveni, “Dənizlispor”dan Mih Diskerudu, “Notingem”dən Fuad Baçirunu, APOEL-dən Françiz Uzohonu və Limassol APOEL-indən Hektor Yusteni rənglərinə bağlayıb. Onu da qeyd edək ki, adını çəkdiyimiz oyunçuların hamısı komandaya azad agent kimi qoşulub.

2019-cu ildən “Omoniya”nın “sükan”ı Henninq Berqə tapşırılıb. 52 yaşlı norveçli mütəxəssis daha çox 4-2-3-1 düzülüşünə güvənir.
2020/21-də çempion olan komanda cari avrokubok mövsümündə mübarizəyə Çempionlar Liqasınnın birinci təsnifat mərhələsindən başlayıb və ilk dueldə Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Ada təmsilçisi hər iki oyunda Xorvatiya klubuna uduzduğuna görə avtomatik Avropa Liqasının 3-cü mərhələsində çıxış etmək hüququ qazanıb. Burda isə Berqin komandasının rəqibi Estoniya “Flora”sı olub. İlk oyunda minimal hesabla qalib gələn “yaşıllar” ikinci görüşdə uduzduğundan matçın taleyi penalti seriyasında həll olunub. “Lotereya”da daha dəqiq olan “Omoniya” Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb və Belçika “Antverpen”i ilə üz-üzə gəlib. İlk görüşdən 4:2 hesablı qələbəylə ayrılan Nikosiya klubu cavab qarşılaşmasında uduzub – 0:2. UEFA bu ildən səfər qolunu ləğv etdiyindən bu dəfə də cütün qalibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Burda isə belçikalılar daha dəqiq olublar. Avropa Liqasının pley-offunda mübarizəni dayandıran “yaşıllar” belədə birbaşa Konfrans Liqasının qrupunda oynamaq şansı qazanıb.

RƏŞAD

Son xəbərlər

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Bütün xəbərlər