"Formula-1" təqviminə yeni "Qran-pri" əlavə olunub.
"Football-plus.az" saytının məlumatına görə, bu il noyabrın 19-21-də ilk dəfə Qətərdə yarış təşkil olunacaq.
Qeyd edək ki, qərbi Asiya ölkəsi ilə "Formula-1" rəhbərliyi 2023-cü ildən qüvvəyə minəcək 10 illik müqavilə imzalayıb.
Nəzərinizə çatdıraq ki, gələn il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Bu səbəbdən "Formula-1" yarışı həmin vaxt adı çəkilən ölkədə baş tutmayacaq.