Polşalı futbol eksperti Rayan Xabbard “Lester”in rəsmi telekanalına müsahibə verib.
O, Azərbaycan millisinin üzvü Mahir Emrelini ingilislərə tərifləyib:
“Legiya”nın yeni hücumçusu “Lester”lə görüşdə komandasının əsas ümidlərindən biri olacaq. Azərbaycan millisinin üzvü olan bu futbolçu yayda “Qarabağ”dan transfer edilib. Emreli “Legiya”da artıq bir neçə qol vurub. O, son dəfə ötən həftəsonu fərqlənib. Bu, ağlasızmaz bir qol idi. O, çox yaxşı hücumçudu və güclü sol ayağı var. Mahir “Lester”in müdafiəsi üçün ciddi təhlükə ola bilər”.