Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Boyanka Kostovanın cəzasını açıqlayıb.
“Football-plus.az” saytının məlumatına görə, dopinq-testi müsbət nəticə verən bolqarıstanlı legioner 8 il yarışlardan kənarlaşdırılıb.
Onun cəza müddəti 2021-ci il mayın 10-dan hesablanıb. Boyankanın orqanizmində istifadəsi qadağan olunan stanozolol anabolik steroidi aşkarlanıb.
Qeyd edək ki, Boyanka Kostova son olaraq bu il aprelin 5-də Moskvada təşkil olunan Avropa çempionatında 59 kq-da qızıl medal qazanıb. Bolqar legioner 2016-18-ci illərdə də dopinqə görə cəzalanıb və London Olimpiadasındakı nəticəsi ləğv olunub.