Bu gün Konfrans Liqasının H qrupunda "Qarabağ" "Omoniya" ilə qarşılaşacaq.
"Football-plus az" saytının məlumatına görə, Cənubi Kipr klubunun kapitanı Xordi Qomes oyundan haqda fikirlərini bölüşüb:
“Bizim üçün vacib oyundu. Amma sabahkı görüşü kritik adlandırmazdım. Yaxşı nəticə qazanmaq istəyirik. Əvvəlki iki mövsümdən sonra tələblər böyüyüb. Uğur qazandıqca, hədəflərin böyüməsi normaldı. Çempionatda cəmi 3 oyun keçirdikdən sonra qrup matçına çıxdıq. Buna baxmayaraq, qarşıdakı oyunda komandamıza inanıram”.