Konfrans Liqasının H qrupunda "Qarabağ" Nikosiyada "Omoniya"nın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, Cənubi Kipr təmsilçisinin keçmiş futbolçusu Andreas Kanaris "köhlən atlar"la olan matçı dəyərləndirib:
“Omoniya”da işlər bir az çətindi. Komanda çempionatın startında yaxşı çıxış etmədi, geriləmə var. Heyətdə çox zədəli var. Ancaq inanıram ki, onlar tezliklə sağalacaq. Konfrans Liqasında “Kayrat”a qarşı daha yaxşı çıxış etmək olardı. Heç-heçə də yaxşı nəticədi. Sabah “Qarabağ”ı məğlub etməliyik. Bu baş versə, “Omoniya” növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcək”
.
Qeyd edək ki, sabah GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” görüşü saat 23.00-da başlayacaq.