AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünən Tovuz rayonuna gedib.
"Football-plus.az" saytının məlumatına görə, səfər çərçivəsində qurum rəsmisi “Turan Tovuz”un nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib.