“Rakuv”un futbolçusu İvi Lopes Mahir Emreli haqda danışıb.
"Football-plus.az" saytının məlumatına görə, Polşa çempionatının son turunda "Legiya"nı 3:2 hesabı ilə məğlub edən Çenstoxova təmsilçisinin oyunçusu Varşava klubuna həsəd apardığını deyib:
“Hər bir futbolçu Çempionlar Liqası və Avroliqada oynamaq istəyər. Çünki orda ən yaxşılarla yarışmaq imkanın olur. “Legiya”ya bu həftə “Lester”lə matçda və qrupun bütün görüşlərində uğurlar arzulayıram. Bu komandada Mahir Emreli yüksək məhsuldarlığı ilə seçilir. O, çox fəaldı. Meydanın hər yerində və daim hərəkətdədi. Bu, mənim diqqətimi çəkir”.