Maşallah Əhmədovun “Neftçi” Veteranlar İttifaqının rəhbəri seçildiyini, onun bu postda “ağ-qaralar”ın digər veteranı, klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovu əvəzlədiyini ötən saylarımızın birində xəbər vermişdik.

Onu da bildirmişdik ki, “ağ-qaralar”ın bəzi veteranları Səməd bəyin fəaliyyətindən narazı qaldıqları üçün özlərinə yeni rəhbər seçməyə qərar vermişdilər. Artıq üç həftəyə yaxındı Maşallah bəy ölkənin ən köklü klubunun Veteranlar İttifaqına rəhbərlik edir. Görəsən, bu müddətdə sabiq “10 nömrə” nə iş görüb, hansı yenilikləri gerçəkləşdirib?

Bu suallara cavab tapmaq üçün Maşallah Əhmədovla danışdıq:

“Qısa vaxtda çox iş görmək bir qədər çətindi. Ancaq geridə qalan müddətdə bəzi məsələlər var ki, onun həllinə çalışmışıq. Komandanın hər oyunundan öncə rəhbərlik veteranlar üçün ayrıca dəvətnamə göndərir, onlara “skay-boks”da xüsusi yer ayırır. “Sabah”la matçdan əvvəl klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla ayaqüstü söhbətimiz oldu. Sabah (bu gün) isə onlarla daha bir görüşüm olacaq, ancaq bu dəfə klubun bazasında. Onu da qeyd edim ki, “Neftçi” veteranları üçün nəzərədə tutulan, ancaq bir müddət öncə ödənişi yubanan təqaüdlər artıq ödənilib”.


Maşallah bəy bizimlə söhbətdə reallaşdırmaq istədiyi layihələr barədə də söhbət açdı:

“Gələcəkdə veteranlarla bağlı daha böyük layihələr həyata keçirməyi düşünürük. “Neftçi”nin tarixində iz qoyan veteranlar idman geyimləri və klub kostyumları ilə təchiz olunacaqlar. Bundan başqa, veteranların respublika daxilində, eləcə də Gürcüstana və Rusiyaya səfəri planlaşdırılır. Necə ki, bunu Moskva “Spartak”ının, Tiflis “Dinamo”sunun və başqa postsovet məkanı klublarının veteranları edirlər. Bunlar hamısı ilk mərhələ üçün nəzərdə tutulub. Birinci məhələdə söylədiklərimi reallaşdıraq, ondan sonra başqa layihələri gerçəkləşdirməyə çalışacağıq”.


RƏŞAD

Son xəbərlər

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Bütün xəbərlər