
Dünya futbolu
202
29.09.2021, 10:00
"Azərbaycan çox aqressiv oynayır" - Yuha Malinen
AÇ-2023-ün seçmə mərhələsində Azərbaycan Finlandiya millisi ilə qarşılaşacaq.
"Football-plus.az" saytının məlumatına görə, skandinaviyalıların 21 yaşlılardan ibarət yığmasının baş məşqçisi Yuha Malinen görüş haqda danışıb."Azərbaycan millisi çox aqressiv oyun sərgiləyir. Daima inkişafdadı. Bununla yanaşı, açıq futbol oynayırlar. Bizi plana uyğun hərəkət edən yığmaya qarşı matç gözləyir. Maksimum dərəcədə hazır olmaq lazımdı. Bizə asan olmayacaq”.
Qeyd edək ki, Azərbaycan – Finlandiya görüşü oktyabrın 8-də saat 20.30-da "Kapital Bank Arena"da keçiriləcək.