“Qəbələ” ilə oyunda zədələnərək meydanı erkən tərk edən Elvin Bədəlovun durumu MRT analizindən sonra da qeyri-müəyyən olaraq qalır.
Bunu “Football-plus.az”a açıqlamasında “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov bildirdi:
“Elvin Bədəlov bu gün səhər saatlarında MRT müayinə olundu. Müayinənin cavabı saat 15.00-da məlum oldu. Bədəlovun çapaz bağlarında qismən qopma var. Həkimlər məsləhətləşəcəklər. İki-üç günə konkret qərar veriləcək. Ondan sonra futbolçunun əməliyyat olunub-olunmayacağına aydınlıq gələcək. Görünən odu ki, Elvin uzun müddət yaşıl meydanlardan kənarda qalacaq”.
RƏŞAD