“Electronic Arts” Benjamen Mendini “FİFA 2022” oyunundan kənarlaşdırıb.
“Mançester Siti”nin müdafiəçisinin belə aqibətlə üzləşəcəyini düşünmək olardı.
O, zorlama ittihamlarına görə hazırda futboldan uzaqlaşdırılıb. Kibersport mütəxəssisləri Mendini bu səbəbdən təkli rejimdə komandaların heyətindən çıxarıblar. Lakin “Ultimate Team”də hələ ki Benjamenin kartından istifadə etmək mümkündü.
Xatırladaq ki, fransız futbolçu avqustun 26-da 4 zorlama faktı ilə bağlı ittihamlara görə həbs olunub. 27 yaşlı Mendinin azı gələn il yanvarın 24-nə təyin olunan növbəti məhkəmə iclasınadək həbsdə qalacağını da qeyd edək.