
Dünya futbolu
176
28.09.2021, 15:36
Yeni vitse-kapitanlar seçildilər
“Liverpul”un yeni vitse-kapitanları müəyyənləşib. Bu barədə “qırmızılar”ın çalışdırıcısı Yürgen Klopp məlumat verib.
Alman mütəxəssis komandadaxili seçki nəticəsində qapıçı Alisson və müdafiəçilər Trent Aleksander-Arnold ilə Endryu Robertsonun da bundan sonra meydana kapitan sarğısı ilə çıxa biləcəklərini deyib. Klopp əsas kapitanın əvvəlki kimi Cordan Henderson, əsas vitse-kapitanların isə Vircil van Diyk ilə Ceyms Milner olacağını da bildirib:
“Kapitan sarğısına üç namizədimiz vardı və futbolçular onları özləri müəyyənləşdirdilər. Ötən mövsüm zədəlilərimiz həddən artıq olmuşdu. Bu səbəbdən bir neçə əsas oyunçumuzdan yararlana bilmədiyimiz üçün matçlarda çətinliklərlə üzləşmişdik. Bunu nəzərə alaraq bu mövsüm vitse-kapitanların sayının artırılmasını lazım bildim”.