Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbər yayılıb.
Onun haqda “The Sun” qəzetində məlumat verilib.
Bu mənbəyə inansaq, “Mançester Yunayted”in hücumçusu futbolçu karyerasını başa vurandan sonra klubda qalmağı planlaşdırır. “The Sun” hətta 36 yaşlı Ronaldonun “qırmızı şeytanlar”ın çalışdırıcısı ola biləcəyini də iddia edir. İngiltərə nəşrinə görə, hələ ki futbolçu həyatını başa vurmaq istəməyən portuqaliyalı gələcəkdə MY-nin gənclərdən ibarət komandasının baş məşqçisi olmağı düşünür. Bu istəyi baş tutarsa, Kriştiano Juniorun inkişafını yaxından izləyə biləcək.
Məlumunuz olsun ki, onun hazırda 11 yaşında olan oğlu artıq “Yunayted”in aşağı yaş qruplarından birində futbolun sirlərini öyrənir.